"Bavariya"dan ayrıldıqdan sonra işsiz olan Karlo Ançelotti İtaliya milli komandasını çalışdırmaqdan imtina edib.
Sportal.az xəbər verir ki, bu barədə italyan mütəxəssis özü məlumat verib. 58 yaşlı çalışdırıcı millidə işləməyin ona uyğun olmadığını deyib:
"İtaliya Futbol Federasiyası mənimlə əlaqə saxladı. Ancaq milli komanda baş məşqçiliyi olduqca fərqli bir işdi. Mən hər gün çalışmağı sevirəm".
Qeyd edək ki, Can Piero Venturanın istefaya göndərilməsindən sonra İtaliya milisinin sükanı boş qalıb.
saytlarin hazirlanmasi