“Son günlərdə yaxşı oynayırıq. Bunu davam etdirməliyik”.
Sportal.az xəbər verir ki, bu sözləri Madrid “Atletiko”sunun futbolçusu Saul Niges deyib.
UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan ispan klubunun yarımmüdafiəçisi bu gün “Çelsi”yə qarşı keçirəcəkləri oyundan danışıb. O, Londonda qələbə qazanmaqla yanaşı “Qarabağ”dan da “Roma”ya qarşı matçda yaxşı nəticə gözlədiklərini bildirib. Futbolçu Ağdam klubunun onlar kömək edə biləcəyini sözlərinə əlavə edib:
“Bir az daha hirsli olmaq lazımdır. “Çelsi” yaxşı rəqibdir və bizim üçün çətin olacaq. Amma dərk edirik ki, şansımız bundan ibarətdir. Londonda qalib gəlib Romadan xoş xəbər gözləyəcəyik. Ola bilər ki, “Qarabağ” bizə kömək edə bilsin”.
saytlarin hazirlanmasi