Bu gün Çempionlar Liqasında qrup mərhələsinin son turuna start verilib.
Sportal.az xəbər verir ki, C qrupunda mübarizə aparan təmsilçimiz "Qarabağ" səfərdə "Roma" ilə qarşılaşıb. Oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. Bu qələbə "Roma"nı qrup lideri edib. Qrupu ikinci yerdə bitirən "Çelsi" də 1/8 finala yüksələn 16 xoşbəxtdən biri olub. "Atletiko" isə Avropa Liqasında mübarizəni davam etdirəcək. İlk dəfə Avropanın ən nüfuzlu turnirində çıxış edən "Qarabağ" 2 xalla qrupu sonunucu yerdə tamamlayıb.
“Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) - 1:0
Qol: Dieqo Perotti, 54
saytlarin hazirlanmasi