Azərbaycanın mövqeyi dəyişmədi

10:17 - 6 Dekabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunun ilk oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, dünən keçirilən matçlardan sonra Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. "Roma" ilə səfər oyununda 0:1 hesabı ilə uduzan "Qarabağ" ölkəmizin xal ehtiyatını artıra bilməyib.  23-cü pillədə qərarlaşan Azərbaycanın 19.125 xalı var.

 

Qeyd edək ki, ölkəmizdən 1 pillə irəlidə olan İsveçin 19.225 xalı var.

Xəbər xətti