Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılır

12:22 - 11 Dekabr 2017

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. 

 

Sportal.az xəbər verir ki, qrup mərhələsinin qalibi olmuş komandalar səpələnmişlər, qrup ikinciləri isə səpələnməmişlər səbətində yer tutub. 

 

Çempionlar Liqasının qrup üçüncüsü olan 8 komanda isə nəticələrinə görə səbətlərə yerləşdirilib. Onlardan 4-ü səpələnmiş, 4-ü səpələnməmişdi.

 

Qeyd edək ki, reqlamentə əsasən, eyni ölkə təmsilçiləri və bir qrupda oynamış komandalar 1/16 finalda rəqib ola bilməzlər.

 

Avropa Liqası

1/16 final 

 

Səpələnmişlər: “Milan” (İtaliya), “Arsenal” (İngiltərə), “Atalanta” (İtaliya), “Atletik” (İspaniya), “Atletiko” (İspaniya), “Braqa” (Portuqaliya), ÇSKA (Rusiya), “Dinamo” (Ukrayna), “Latsio” (İtaliya), “Leyptsiq” (Almaniya), “Lokomotiv” (Rusiya), “Viktoriya” (Çexiya), “Zalsburq” (Avstriya), “Sportinq” (Portuqaliya), “Vilyarreal” (İspaniya), “Zenit” (Rusiya)

 

Səpələnməmişlər: AEK (Yunanıstan), “Astana” (Qazaxıstan), “Seltik” (Şotlandiya), “Srvena Zvezda” (Serbiya), “Borussiya” (Dortmund, Almaniya), “Styaua” (Rumıniya), “Kopenhagen” (Danimarka), “Ludoqorets” (Bolqarıstan), “Lion” (Fransa), “Marsel” (Fransa), “Napoli” (İtaliya), “Nitsa” (Fransa), “Ostersun” (İsveç), “Partizan” (Serbiya), “Real Sosyedad” (İspaniya), “Spartak” (Rusiya)

 

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları gələn il fevralın 15-də, cavab matçları isə 22-də keçiriləcək.

Xəbər xətti