"Real"ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.
Sportal.az xəbər verir ki, portuqaliyalı ulduz klublararası dünya çempionatı tarixinin ən yaxşı bombardiri olub. Ronaldo bu turnirin yarımfinalında keçirilən "Əl-Cəzirə"yə qarşı qalib gəldikləri matçda (2:1) fərqlənərək klublararası dünya çempionatında vurduğu qolların sayını 6-ya yüksəldib.
Bununla da Ronaldo Lionel Messi, Luis Suares, Sesar Delqadonu (5 qol) geridə qoyaraq ən yaxşı bombardir olub.