İtaliya A Seriyasının 18-ci turunda "Roma" ilə qarşılaşacaq "Yuventus"un heyətində ciddi itki var.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi "canavarlar"la oyuna Buffonsuz çıxacaq. Zədəsi olan təcrübəli "əlcək sahibi" vacib matçda komandasına kömək edə bilməyəcək.
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri 40 yaşlı qapıçının durumu haqda açıqlama verib. O, Buffonun oynamaq şansının olmadığını deyib:
"Buffon bu həftə məşqlərə qatılmayacaq. "Roma" ilə qarşılaşmada oynaması mümkünsüzdü"
Qeyd edək ki, "Yuventus" - "Roma" görüşü 23 dekabr tarixində Bakı vaxtilə saat 23:45-də baş tutacaq.
saytlarin hazirlanmasi