"Atletiko" "Barselona"nı FIFA-ya şikayət etdi

01:11 - 20 Dekabr 2017

"Atletiko" "Barselona"nı FIFA-ya şikayət edib.

 

Sportal.az xəbər verir ki, buna səbəb isə Madrid təmsilçisinin hücumçusu Antuan Qrizmannı transfer etmək istəyən “Barselona”nın futbolçu ilə icazəsiz danışıqlar aparmasıdır.

 

“Barselona” prezidenti Xosep Mariya Bartomeunun iki gün öncə klubdan icazə almadan futbolçunun ailəsi görüşməsinin qanunsuz olduğu bildirilib.

 

Qrizmannın “Atletiko” ilə müqaviləsi 2022-ci ilə qədərdir.

 

Qeyd edək ki, 26 yaşlı oyunçu 2014-cü ildə "Real Sosyedad"dan "Atletiko"ya keçib.

Xəbər xətti