Qvardiolanın adı separatçıların siyahısına salındı

11:45 - 22 Dekabr 2017

"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola separatçı hesab olunur.

 

Sportal.az xəbər verir ki, İspaniya polisi separatizmlə bağlı hazırladığı hesabata Qvardiolanın da adını salıb. Hesabatda, mütəxəssis regionun müstəqilliyinin fəal tərəfdarı kimi qeyd olunub.

 

Xosep Kataloniyanın müstəqilliyinin tərəfdarı olduğunu bir neçə dəfə açıq şəkildə bildirib. O, həbsdə olan separatçılara dəstək nümayiş etdirmək üçün sarı lent gəzdirir.

 

Hesabatda Qvardiolanı bu hərəkətinə görə nəyin gözlədiyi barədə məlumat verilməyib.

Xəbər xətti