İspaniyanın “Sevilya” klubu baş məşqçisi Eduardo Berisso ilə yolları ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib. Məlumata əsasən, baş məşqçinin göndərilməsinə komandanın uğursuz çıxış səbəb olub.
Əndəlusiyalılar La Liqada 17 turdan sonra 29 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Berisso bu ilin iyun ayından “Sevilya”nı çalışdırırdı.
saytlarin hazirlanmasi