"Milan"ın baş məşqçisi Cennaro Qattuzo İtaliya A Seriyasında "Atalanta"ya 0:2 uduzduqları oyundan sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, mütəxəssis posta yeni gəlsə də, uğurzuz nəticələr qazanır. Buna baxmayaraq, Qattuzo istefa barədə düşünmür:
"Qarışıq bir vəziyyət yaranıb. Azarkeşlər istefaya səsləyir, etiraz edirlər. Mövsümün belə davam etməsini düşünmürük. Futbolçular əllərindən gələni edir. Bu durumu dəyişmək lazımdır. İstefa barədə artıq düşünmürəm. Komandanı bu vəziyyətdən çıxarmalıyıq".
Qeyd edək ki, A Seriyasında "Milan" 18 turdan sonra 24 xal toplayıb və 11-ci yerdədir.
saytlarin hazirlanmasi