"Vilyarreal" türk hücumçunu geri qaytarır

19:30 - 26 Dekabr 2017

"Vilyarreal" icarəyə göndərdiyi Enes Ünalı geri qaytarır.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi mövsümün ilk yarısında "Levante"yə icarəyə verdiyi türk forvardla bağlı qərar qəbul edib. Komandanın hücumçuları zədələndiyi üçün 20 yaşlı hücumçunun geri qaytarılması barədə qərar qəbul olunub. Gənc futbolçu dekabrın 29-da "Vilyarreal"ın düşərgəsinə qoşulacaq.

 

Qeyd edək ki, Enes Ünal "Levante"nin heyətində meydana çıxdığı 7 qarşılaşmada 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti