36 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalandı

18:56 - 28 Dekabr 2017

İspaniyanın "Betis" klubu Xoakin Sançezlə müqaviləni yeniləyib.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2020-ci ilin yayına qədər uzadılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, təcrübəli futbolçu "Betis"in yetirməsidir. "Valensiya", "Malaqa" və "Fiorentina" kimi klublarda da çıxış edən vinger 2015-ci ildə yenidən doğma komandasına qayıdıb. O, İspaniya millisinin heyətində 51 oyunda 4 qol vurmağı bacarıb.

Xəbər xətti