“Sevilya”nın yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisi baş məşqçi postuna Vinçentso Montellanı gətirib. 43 yaşlı baş məşqçi ilə 2019-cu ilin yayına kimi müqavilə bağlayıb. O, bu postda Eduardo Berissonu əvəz edib.
Montella məşqçi karyerası ərzində “Kataniya”, “Sampdoriya”, “Fiorentina” və “Milan”da çalışıb.
“Sevilya” La Liqada 17 turdan sonra 29 xalla 5-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi