"İnter"inin hücumçusu Qabriel Barbosa İtaliyada ötən ilin ən pis futbolçusu seçilib.
Sportal.az xəbər verir ki, o, yerli mətbuatın rəyinə əsasən, keçən ilin ən pis futbolçusu hesab edilib. 21 yaşlı futbolçu “qızıl zibil qutusu” mükafatına layiq görülüb.
Braziliyalı futbolçu “İnter”ə 2016-cı ildə, “Santos”dan 33,5 milyon avro qarşılığında transfer edilib. O, “İnter”də heç bir oyunda əsas heyətdə şans qazanmayıb.
Futbolçu hazırda icarə əsasında "Benfika"da top qovur.
saytlarin hazirlanmasi