"Barselona"da yeni müqavilə

14:30 - 18 Yanvar 2018

"Barselona"da yeni müqavilə gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, Kataloniya klubu yetirməsi olan Jerar Pikeylə müqaviləni uzadıb. İspaniya millisinin üzvüylə 2022-ci ilə kimi saziş bağlanılıb. Onun sərbəst qalma qiyməti isə 500 milyon avro təyin edilib.

 

Qeyd edək ki, 2004-2008-ci illərdə "Mançester Yunayted"də də çıxış edib. "Barselona"nın yetirməsi 2006/07-ci il mövsümünü icarə əsasında "Saraqosa"da keçirib. 2008-ci ildə "Barselona" 30 yaşlı futbolçunu 5 milyon avro qarşılığında geri qaytarıb.

Xəbər xətti