Azərbaycanlı rəssam Lalə Əsgərovanın hazırladığı əl işlərinə dünyaca məşhur şəxslər də maraq göstərir. Əsgərovanın qeyri-adi usulla hazırladığı rəsm əsərləri görən hər kəsin diqqətini çəkir.
Sportal.az xəbər verir ki, rəssamın sözlərinə görə, hazırda incəsənət gimnaziyasında müəllim kimi çalışdığına görə bu işə çox vaxt ayıra bilmir. İndiyə kimi bu üsulla təxminən 50 şəkil hazırldağını, lakin maraq çox olduğu üçün iş bitən kimi əsərlərinin alındığını bildirir.
Lalə Əsəgərovanın sözlərinə görə, bir sıra millət vəkilləri, tanınmış iş adamları və dövlət xadimləri ilə yanaşı dünyaca məşhur ulduzlar da onun əl işlərinə maraq göstərir. "Barselona"nın və Uruqvay millisinin futbolçusu Luis Suares də Lalə xanımın iki əsərini alıb. O, bildirib ki, "Barselona"nın futbolçuları daha 20 əsər sifariş veriblər.
saytlarin hazirlanmasi