"Yuventus"un futbolçusu bir ay oynamayacaq

16:52 - 6 Fevral 2018

"Yuventus"un "Sassuolo" ilə A Seriyası oyununda (7:0) zədələnən yarımmüdafiəçisi Blez Matyuidinin durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, fransız futbolçusunun zədəsinin ciddi olduğu üzə çıxıb. Bu üzdən o, təxminən bir ay yaşıl meydanlardan kənar qalacaq.

 

Qeyd edək ki, 30 yaşlı müdafiəçi bu mövsüm A Seriyasında meydana çıxdığı 11 qarşılaşmada 2 qol viurub.

Xəbər xətti