“Barselona”nın müdafiəçisi Xerard Pike cəzalandırıla bilər.
Sportal.az xəbər verir ki, buna səbəb onun “Espanyol”la qarşılaşmadakı davranışıdı. Belə ki, “Espanyol” rəhbərliyi La Liqanın XXII turunda Kataloniya derbisində Pikenin azarkeşlərə tərəf jestini qınayıb və buna görə şikayət edib.
Məsələyə İspaniya Futbol Federasiyasının Nizam-İntizam Komitəsində baxılacaq. Əgər bu, idmançıya yaraşmayan hərəkət kimi qəbul olunarsa, “Barsa”nın üzvü 1 oyundan 3 oyuna qədər diskvalifikasiyaya məruz qalacaq.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan “Espanyol” – “Barselona” görüşündə qonaqların qoluna məhz Xerard Pike imza atıb.
saytlarin hazirlanmasi