Samirə İtaliyadan təklif var

17:59 - 7 Fevral 2018

Qış transfer pəncərəsində Türkiyənin "Antalyaspor" klubundan ayrılan Samir Nəsri karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, A Seriya təmsilçisi "Benevento" fransalıl yarımmüdafəçinin xidmətində maraqlıdır. İtaliya mətbuatında yer alan xəbərə görə, çempionatın autsayderi olan "Benevento" Nəsriylə yanaşı Rusiyanın "Rubin" klubundan ayrılan Aleks Sonqu da rənglərinə bağlamaq istəyir. 

 

Qeyd edək ki, "Benevento" bir neçə gün öncə azad agent statusu daşıyan Bakari Sanya ilə müqavilə bağlamışdı.

 

Əlavə edək ki, Sonqla Nəsri "Arsenal"da birgə çıxış ediblər.

Xəbər xətti