İtaliya A Seriyasında 24-cü tura start verilib.
Sportal.az xəbər verir ki, "Yuventus" səfərdə "Fiorentina"ya 2:0 hesabıyla qalib gəlib.
Bununla da 1 oyun çox keçirən "Yuventus" Seriya A-da 62 xalla liderliyə yüksəlib. Bu tur "Latsio"nu qəbul edəcək "Napoli" liderliyi yenidən ələ keçirmək üçün qalib gəlməlidir. Neapolluların aktivində 60 xal var. Paytaxt təmsilçisi isə 46 xalla 3-cüdür. "İnter" 45 xalla 4-cü, "Roma" 44 xalla 5-cidir. "Fiorentina" 31 xalla 11-ci pillənin sahibidir.
“Fiorentina” – “Yuventus” - 0:2
Qollar: Bernardeski, 56, İquain, 86
saytlarin hazirlanmasi