Avropa Liqası oyunu sükutla başlayacaq

17:55 - 13 Fevral 2018

Avropa Liqasının 1/16 final mərhələsinin “Srvena Zvezda” (Serbiya) - ÇSKA (Rusiya) oyunu bir dəqiqəlik sükutla başlayacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə Moskva klubu rəsmi “tvitter” səhifəsində məlumat yayıb. Rusiyada baş vermiş təyyarə qəzasında həyatını itirmiş şəxslər Belqradda keçiriləcək matçdan öncə bir dəqiqəlik sükutla yad olunacaq.

 

Xatırladaq ki, fevralın 11-də Moskvadan Orska yollanan AN-148 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 71 nəfər dünyasını dəyişib.

 

Qeyd edək ki, “Srvena Zvezda” - ÇSKA oyunu bu gün saat 21:00-da start götürəcək.

Xəbər xətti