Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində "Atletiko" Madrid səfərdə "Kopenhagen"lə qarşı-qarşıya gələcək.
Sportal.az xəbər verir ki, bu matçla bağlı İspaniyanın və dünyanın ünlü qəzeti olan "Marca"anons yazısında maraqlı qeydlər edib. "Qarabağ"ın qurbanlarının qarşılaşması" başlıqlı yazıda Ağdam klubunun Madrid "Atletiko"sunu Çempionlar Liqasının 1/8 final mərhələsinə çıxmasına mane olduğu qeyd edilib. "Atlılar" ÇL-in pley-off mərhələsində "Kopenhagen"i mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə yüksəlməsi yazılıb. Hər iki klubun ÇL-də uğursuzluğa düçar olmasında "Qarabağ"ın rolu olduğu vurğulanıb.
"Qarabağ" ÇL-in qrup mərhələsində "Atletiko" ilə hər iki matçda heç-heçə (0:0; 1:1) edib. Ağdam klubu ÇL-in pley-off mərhələsində isə "Kopenhagen"i səfərdə vurulan qolla (1:0; 1:2) keçərək, tarixində ilk dəfə qrup mərhələsinə düşüb.
Bu komandaların qarşılaşması sabah Bakı vaxtıyla saat 00:00-də başlayacaq.
saytlarin hazirlanmasi