Dieqo Simeone "Qarabağ"ı xatırladı

12:58 - 15 Fevral 2018

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Avropa Liqasının 1/16 final mərhələsində "Kopenhagen"lə ilk oyun öncəsi keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis rəqibin güclü komanda olduğunu dilə gətirib: "Kopenhagen" güclü rəqibdir. Onlar doğma azarkeşlər önündə oynayacaqlar. Rəqibin futbolçuları boylarının uzunluğundan istifadə etməyə çalışacaq".

 

Simeone Çempionlar Liqasındakı uğursuz çıxışları barədə də danışıb: "Çelsi"nin "Qarabağ"ı məğlub etməsi bizim üçün son zərbə deyildi. Biz də "Roma"ya qalib gəldik. Ancaq baş verənlər bizə təsirsiz ötüşməmişdi. İki dəfə finala və bir dəfə yarımfinala çıxdıqdan sonra bu mövsüm Çempionlar Liqasında pis oynadıq. Anaq bu, növbəti il daha yaxşı oynamağımıza kömək olacaq. Çempionlar Liqasında iki final və bir yarımfinaldan sonra turnirin pis üzünü də görməli idik".

 

Qeyd edək ki, "Qarabağ" ÇL-in qrup mərhələsində "Atletiko" ilə hər iki matçda heç-heçə (0:0; 1:1) edib.

Xəbər xətti