"Atletiko"nun səhmləri israilli iş adamına satıldı

17:38 - 19 Fevral 2018

Çinin “Dalian Wanda Grup” şirkəti İspaniyanın “Atletiko” klubunun səhmlərinin bir hissəsini satıb.

 

Sportal.az xəbər verir ki, sözügedən şirkət “Atletiko”nun səhmlərinin 17 faizini satışa çıxarıb. Klubun satışa çıxarılan səhmləri isə israilli iş adamı İdan Oferin rəhbərlik etdiyi “Quantum Pacific Grup” tərəfindən alınıb.

 

“Dalian Wanda Grup” borc içində üzdüyündən, “Atletiko”nun səhmlərini satmaq məcburiyyətində qalıb.

 

“Quantum Pacific Grup” öncədən də “Atletiko”nun səhmlərinin bir hissəsini almışdı. Hazırda bu şirkət Madrid klubunun səhmlərinin 32 faizinə sahiblik edir.

Xəbər xətti