İspaniya La Liqasının XXIV turunda "Real" "Betis"i 5:3 hesabı ilə məğlub edib.
Sporal.az xəbər verir ki, Madrid klubunun hücumçusu Kriştianu Ronaldo fərqlənməyə müvəffəq olub. Portuqaliyalı qol vurduğu oyunların sayını 264-ə çatdıraraq keçmiş futbolçu Raulun rekorduna çatıb.
Qeyd edək ki, Ronaldo 2009-cu ildən "Real"ın şərəfini qoruyur. 423 matçda meydana çıxıb və 431 qola imza atıb. Raul isə 1994-2010-cu illər arasında 738 oyunda 322 dəfə fərqlənib.
saytlarin hazirlanmasi