“Yuventus”un heyətində ciddiitki baş verib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisinin hücumçusu Qonsalo İquain sıradan çıxıb. Argentinalı forvard İtaliya A seriyasının 25-ci turunda, “Torino” ilə derbi oyununda (1:0) zədələnib.
30 yaşlı futbolçunun sol ayaq biləyi zədələnib. İtaliya mətbuatında yer alan məlumata görə, İquain qarşıdakı bir həftədə yaşıl meydanlardan kənarda qalacaq.
saytlarin hazirlanmasi