İspaniyanın “Real” klubunun müdafiəçisi Serxio Ramos La Liqada yeni rekord müəyyənləşdirib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin kapitanı “Leqanes”lə ötən axşam baş tutan çempionat oyununda 163-cü sarı vərəqə ilə cəzalanıb. Bu, La Liqada yeni rekorddu.
Qeyd edək ki, əvvəlki rekord Alberto Lopoya (“Ximnastik”) məxsus idi – 162 sarı vərəqə.
Ramos İspaniyada qırmızı vərəqələr üzrə də rekordçudu – 19 dəfə.
saytlarin hazirlanmasi