UEFA Avropa Liqasının 1/16 final mərhələsinin "Atletik" - "Spartak" (1:2) matçında azarkeşlər arasında dava düşüb.
Sportal.az xəbər verir ki, baş verən hadisədən sonra 1 polis əməkdaşı vəfat edib. Ağır yaralanan 50 yaşlı İnosendio Arias Qarsiya xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Yaşanan olaydan sonra 3 rusiyalı azarkeş və 1 polis əməkdaşı da xəstəxanaya yerləşdirib.
Hadisə ilə bağlı bir neçə rus fanat saxlanılıb.
UEFA olayla bağlı qərar verəcək.
Qeyd edək ki, qarşılaşmada "Spartak" 2:1 hesabıyla qalib gəlsə də, ilk qarşılaşamda 1:3 hesabıyla uduzduğu üçün "Atletik" mərhələ adlayıb.
saytlarin hazirlanmasi