Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirdiyi səsvermənin yekun nəticəsinə əsasən, "Latsio"nun hücumçusu Çiro İmmobile ən yaxşı oyunçu seçilib. O, səslərin 49 faizini toplayıb.
Qeyd edək ki, İmmobile turnirin 1/16 finalında "Styaua" ilə matçda (5:1) het-trikə imza atıb. İtaliya millisinin üzvü bu mövsüm 31 oyuna 31 qol vurub.
saytlarin hazirlanmasi