İspaniyanın "Las Palmas" klubu Yunanıstanın "Olimpiakos" klubundan icarəyə götürdüyü Emmanuel Emenikeni geri qaytarmaq istəyir.
Sportal.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat tirajlayıb. Xəbərdə qeyd edilir ki, nigeriyalı forvardın fiziki göstəricisi çox zəifdi və artıq çəkisi çoxdu. Bu səbəbdən La Liqa klubu müqavilsəi mövsümün sonuna qədər nəzərdə tutulan futbolçunu vaxtından əvvəl yola salmağı planlaşdırır. Lakin Yunanıstan tərəfi buna isti yanaşmır.
Qeyd edək ki, qış transfer pəncərəsində "Las Palmas"a icarə əsasında keçən 30 yaşlı hücumçu oyun keçirməyib.
saytlarin hazirlanmasi