İtaliyanın "İnter" klubunun kapitanı Mauro İkardinin həyat yoldaşı və agenti Vanda Naradan ayrıldığı haqda məlumatlar yayılıb.
Sportal.az xəbər verir ki, Nara İkardini tərk etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib və bu məlumatı təkzib edib:
"Son zamanlar çoxlu yalan məlumatlar yayılıb. Belə xəbərlərə münasibət bildirməsəydim də, olardı, amma iddialar çox ağırdı. Mən bir anayam və 5 uşağım var. Hər zaman övladlarımlayam. Eyni zamanda İkardinin həyat yoldaşıyam. Bu yalandan özümü və Mauronu qorumalıyam. Vəkilim hər şeylə məşğul olacaq".
Qeyd edək ki, Vanda Nara hazırda "Udineze"də çıxış edən 33 yaşlı Maksi Lopesi aldadaraq Mauro İkardi ilə ailə həyatı qurmuşdu.
saytlarin hazirlanmasi