İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu vəfat etdi

11:11 - 28 Fevral 2018

İspaniya millisinin tarixi ərzində ən yaxşı hücumçulardan biri hesab edilən Enrike Kastro Qonzales dünyasını dəyişib.

 

Sportal.az xəbər verir ki, "Kini" ləqəbli sabiq futbolçu 69 yaşında gözlərini əbədi olaraq yumub. O, yaşadığı Xixon şəhərində ürək çatışmazlığından vəfat edib. Məşhur oyuçunun formasını geyindiyi "Barselona" klubu sosial şəbəkədə "Klubumuzun futbolçusu və və əfsanəsi Enrike Kastro "Kini" dünyasını dəyişdi. "Kamp Nou" mirasını heç vaxt unutmayacaq" sözlərini paylaşıb.

 

"Kini" Xixon "Sportinq"ində 443 oyuna 231 qol vurub. "Barselona"da 100 görüşə çıxan forvard 54 dəfə rəqib toru silkələyib. La Liqada mövsümün bombaridri olan futbolçuya verilən "Pichichi" mükafatı "Kini"yə 5 dəfə qismət olub.

Xəbər xətti