Beyl Bekhemin rekorduna şərik oldu

11:48 - 28 Fevral 2018

Madrid "Real"ının futbolçusu Qaret Beyl üçün La Liqanın 26-cı turunda "Espanyol"la matç əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, uelsli oyunçu La Liqada 116-cı görüşünə çıxıb. Bununla da o, Premyeroda ən çox oyun keçirən britanıyalı oyunçu Devid Bekhemə çatıb. Beyl daha bir oyun keçirsə, rekord ona məxsus olacaq və La Liqada ən çox matç keçirən britaniyalı olacaq.

 

Qeyd edək ki, 28 yaşlı vinger 2013-cü ildən "kral klubu"nda çıxış edir.

Xəbər xətti