“Oyuna yaxşı başladıq. Qol fürsətlərimiz olsa da, dəyərləndirmədik. İkinsi hissədə isə istədiklərimizi edə bilmədik".
Sportal.az xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqasının 26-cı turunda səfərdə “Espanyol”a uduzduqları oyundan (0:1) sonra keçirdiyi mətbuat konfransında deyib.
Fransalı mütəxəssis məğlubiyyətə layiq olmadıqlarını bildirib: "Uğursuzluğu qəbul etməliyik. Ancaq “Espanyol”a məğlub olmağa layiq deyildik. Bu nəticə təsadüfidir. Çünki rəqib çox az qol fürsəti əldə etmişdi”.
Qeyd edək ki, Madrid klubu 90+3-cü dəqiqədə buraxdığı qolla uduzub.
saytlarin hazirlanmasi