İtaliya kubokunda ilk finalçının adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, kubokun son qalibi "Yuventus" yenidən həlledici matça vəsiqə əldə edib. "Qoca sinyora" yarımfinal mərhələsində "Atalanta" üzərində qələbə qazanıb. İlk görüşdə səfərdə 1:0 hesablı qələbə qazanan turinlilər doğma azarkeşləri önündə keçirdikləri cavab matçında da 1 qolla qalib gəliblər.
Bununla "Yuventus" mayın 9-da Romadakı "Olimpiya" stadionunda baş tutacaq final görüşündə iştirak hüququ əldə edib.
"Yuventus" - "Atalanta" - 1:0
Qol: Pyaniç, 75 (pen.)
İlk oyun - 1:0
saytlarin hazirlanmasi