İtaliya kubokunda ikinci finalçının da adı bəlli olub.
Sportal.az xəbər verir ki, "Yuventus"un həlledici matçda rəqibi “Milan” olacaq.
Cennaro Qattuzonun komandası yarımfinalın cavab oyununda “Latsio” ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı qolsuz tamamlanıb. Penaltilərdə isə “qırmızı-qaralar” üstün olub – 5:4.
Qeyd edək ki, “Milan” - “Yuventus”la qarşılaşması mayın 9-da keçiriləcək.
saytlarin hazirlanmasi