“Roma”nın baş məşqçisi Eusebio Di Françesko mövsümün sonunda istefaya göndərilə bilər.
Sportal.az xəbər verir ki, “canavarlar”ın rəhbərliyinin komanda mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi təqdirdə, italyan mütəxəssisi istefaya göndərəcəyi qeyd edilib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xatırladaq ki, 48 yaşlı mütəxəssis ötən ildən “Roma”nı çalışdırır.
Paytaxt klubu A seriyasında 26 turdan sonra 50 xalla 5-ci pillədə qərarlaşıb. “Roma” ÇL-ə vəsiqə verən 4-cü yerdə qərarlaşmış “İnter”dən 1 xal geri qalır.
saytlarin hazirlanmasi