"Barselona"da İnyesta şoku: "Çelsi"yə qarşı oynamayacaq

16:32 - 5 Mart 2018

"Barselona"nın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Andres İnyesta Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında komandasına yardım edə bilməyəcək.

 

33 yaşlı ispan futbolçunun "Atletiko" ilə oyunda (1:0) aldığı zədə onu 3 həftəliyinə sıradan çıxarıb. Bu gün keçiriləcək təkrar tibbi müayinədən sonra İnyestanın dəqiq müalicə müddəti müəyyənləşəcək.

 

Qeyd edək ki, "Barselona" - "Çelsi" matçı martın 14-də baş tutacaq.

Xəbər xətti