Davide Astorinin ölümüylə bağlı cinayət işi açıldı

19:37 - 5 Mart 2018

“Fiorentina”nın kapitanı Davide Astorinin ölümü ilə bağlı şok məlumat yayılıb.

 

Sportal.az xəbər verir ki, İtaliya millisinin sabiq üzvünün qətlə yetirilməsi istisna edilmir. Belə ki, İtaliya prokurorluğu 31 yaşlı müdafiəçinin ölümü ilə bağlı araşdırmaya başlayıb. Yerli polis tibbi ekspertizanın nəticəsinin gözlənildiyini vurğulayıb. Yalnız bundan sonra Astorinin cinayətə qurban gedib-getmədiyi müəyyənləşəcək.

 

Qeyd edək ki, Davide Astori komandanın məskunlaşdığı oteldə dünən səhər saatlarında ölüb.

Xəbər xətti