“Yuventus”un qapıçısı Canluici Buffon karyerası ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, 40 yaşlı qolkiper mövsümün sonunda butslarını mismardan asmaq niyyətindədi.
Bir müddət öncə Buffonun daha 1 mövsüm futbol oynamaq fikrində olduğu yazılsa da, təcrübəli çərçivə qoruyucusu may ayından sonra karyerasını davam etdirməyi düşünmür.
Qeyd edək ki, Buffon ötən ilin sonunda yığma karyerasını bitirdiyini açıqlayıb.
saytlarin hazirlanmasi