"Napoli"nin baş məşqçisi qadın jurnalistə ədəbsiz cavab verdi

17:17 - 12 Mart 2018

"Napoli"nin baş məşqçisi Maurisio Sarri İtaliya A Seriyasının 28-ci turunda "İnter"lə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra diqqət mərkəzinə düşüb.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis qadın jurnalistin "Çempionluq şansınız bitdi?" sualına "Sən bir qadınsan və gözəlsən. Buna görə də sənə s.... olub getməyini deməyəcəm". Xanım müxbirə ədəbsiz cavab verən Sarri daha sonra sözlərinə bu cür davam edib: "Mövsüm ərzində yaxşı performans göstərdik. Artıq insanlar bizdən uğur gözləyirdilər. Mövsüm bitməyib. Əgər məndən bir daha "Yuventus"la bağlı soruşulsa, cavab verməyəcəm".

 

Qeyd edək ki, "Yuventus" 1 oyun az keçirməklə 71 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. 1 xal geri qalan "Napoli" ikincidir.

Xəbər xətti