“Napoli”nin qapıçısı Pepe Reyna yeni mövsümdən etibarən fərqli komandada çıxış edəcək.
Sportal.az xəbər verir ki, təcrübəli qolkiper “Milan”a keçəcək. 35 yaşlı qolkiper bu gün tibbi müayinədən keçəcək.
Mövsümün sonunda "Napoli" ilə müqaviləsi başa çatacaq ispaniyalı əlcək sahibi “Milan”a azad agent statusu ilə keçəcək. Bu keçidin reallaşmasından sonra "Milan"ın Canluici Donnarummanı satacağı gözlənilir.
Qeyd edək ki, Reyna 2015-ci ildən “Napoli”də çıxış edir.
saytlarin hazirlanmasi