"Barselona"da ciddi itki: 3 həftə oynamayacaq

19:37 - 15 Mart 2018

"Barselona"nın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Serxio Buskets sıradan çıxıb.

 

Çempionlar Liqası 1/8 final mərhələsinin "Çelsi"ylə cavab oyununda (3:0) zədələnən futbolçunun durumu ciddidi. Ayaq barmağı sınan 29 yaşlı yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan kənar qalacaq.

Xəbər xətti