Avropa Liqası: 1/4 final cütlükləri müəyyənləşir

10:25 - 16 Mart 2018

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılacaq.

 

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

 

"Kor püşk" nəticəsində 8 komanda rəqibini tanıyacaq.

 

1/4 final cütlüklərini müəyyənləşdirəcək komandalar: “Atletiko” (İspaniya), “Arsenal” (İngiltərə), “Latsio” (İtaliya), “Leyptsiq” (Almaniya), “Marsel” (Fransa), “Sportinq” (Portuqaliya), ÇSKA (Rusiya), “Zalsburq” (Avstriya).

 

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 5, cavab matçları ilə 12 aprel tarixlərində keçiriləcək.

Xəbər xətti