"Milan"ın baş məşqçisi Cennaro Qattuzo UEFA Avropa Liqasının 1/8 finalında səfərdə "Arsenal"a ududzduqları və mübarizəni dayandırdıqları görüşdən sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, mütəxəssis oyunda şübhəli penalti epizodu haqda şərh verməyib:
"Hakim barədə danışmaq istəmirəm. Çünki onlar da futbolçular kimi səhv edə bilərlər. Təəssüf ki, ilk oyunda məğlub olduq. Oyunçularımla qürur duyuram və məzəmmət etməyəcəm. Donnarumma isə başını qaldırıb irəli baxmalıdır. Bu gün təcrübəli qapıçılar da səhvlər edir. Canluicinin də səhv etməsi problem deyil. Onu qorumalıyıq".
saytlarin hazirlanmasi