İtaliya A Seriyasında 29-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Milan" evdə "Kyevo" ilə qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb.
A Seriyada turnir cədvəlinə 75 xalla "Yuventus" başçılıq edir. Bir oyun az keçirən "Napoli" 70 xalla 2-cidir. "Roma" 59 xalla 3-cü, "İnter" 55 xalla 4-cü, "Latsio" 53 xalla 5-ci, "Milan" 50 xalla 6-cıdır. "Kyevo" isə 25 xalla 16-cı yerdə qərarlaşıb.
“Milan” – “Kyevo” - 3:2
Qollar: Hakan Çalhanoğlu, 10, Patrik Kutrone, 54, Andre Silva, 82 - Stepinski, 33, Roberto İnqlese, 34
saytlarin hazirlanmasi