Argentinanın İtaliyanı 2:0 hesabıyla məğlub etdiyi yoxlama matçında zədə səbəbindən oynamayan Lionel Messi açıqlama verib.
Sportal.az xəbər verir ki, hücumçu bu zədənin yeni olmadığını bildirib:
"Dizimdəki zədəyə görə bəzən ağrılar hiss edirəm. Bu, yeni deyil. Hər zaman oynamaq istəyirəm. Hələ ki, dünya çempionatına müəyyən zaman var. Bu oyunda risk etmədik. Bu səbəbdən oynamıram. Lakin İspaniyaya qarşı oynamaq fikrim var".
saytlarin hazirlanmasi