"Roma"nın futbolçusu Radja Nainqqolan maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, o, A Seriyasındakı "Yuventus"la "Napoli" arasında gedən çempionluq mübarizəsi haqda danışıb. Belçika millisinin üzvü "Yuventus"a nifrət etsə də, Turin təmsilçisinin çempion olmasını istədiyini deyib:
"Yuventus"a nifrət edirəm. Amma ümid edirəm bu il də çempion olarlar. "Napoli"yə qarşı deyiləm. Hətta oynadıqları futbolla da çempionluğa onlar layiqdi. Amma "Yuventus"u taxtdan salan komanda biz olmayacağıqsa, bu il də çempion olsalar, daha yaxşı olar. Əks halda qısqanclıqdan ölərəm".
Qeyd edək ki, 29 turdan sonra "Yuventus" 75 xalla turnir cədvəlinin zirvəsindədi. "Napoli" liderdən 2 xal geridədi.
saytlarin hazirlanmasi