İtaliya A Seriyasında mübarizə aparan "Latsio"nun idman direktoru İli Tare komandanın futbolçusu Sergey Milinkoviç-Saviçin transfer qiymətini açıqlayıb.
Sportal.az xəbər verir ki, klub rəsmisi adı "Real" və "Mançester Yunayted" kimi nəhəng komandalarla hallanan yarımmüdafiəçi üçün ən azı 90 milyon avro tələb etdiklərini söyləyib:
"Saviçin dəyəri haqda çox düşünmək istəmirəm. Məncə, ən azı 90 milyon avro dəyərindədir. Bizim üçün vacib futbolçudur və hələ o pik səviyyəyə çatmayıb. Ötən mövsüm də təklif almışdıq, ancaq dəyərləndirmədik. İndi də maraqlanan komandalar var. "Real" bizə müraciət etməyib".
Qeyd edək ki, Serbiya millisinin üzvü olan 23 yaşlı futbolçu 2015-ci ildən "Latsio"da çıxış edir.
saytlarin hazirlanmasi